Kateqoriyasız

“Sabah”da yeni hücumçu – rəsmi

“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 21 yaşlı futbolçu Finlandiyanın “İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.

Fofana karyerası ərzində “İlves”dən başqa, Danimarkanın “Norşelland” klubunun U-19 komandasında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43