Kateqoriyasız

“Sabahdan etibarən…” – Regekampf

Premyer Liqanının III turunda “Neftçi” səfərdə “Sabah”a uduzub – 1:2.

İdmanxeber.az-ın məlumatina görə, oyundan sonra “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Biz tərəfdən çox pis oyun oldu. Ürəksiz, həvəssiz, heç nə yox idi. Bu oyunu oyunçularımla yanaşı analiz edecəyik. Biz belə oynamamalıyıq. Daha yaxşı oynamalıyıq. Əgər oyuna belə yanaşırsansa, şansın yoxdu. İlk hissədən sonra 1:0 üstün idik. Oyunun sonunda olan epizodlar baş verməməli idi. Sabahdan etibarən bu oyunu analiz etməyə başlayacağıq.

– Siz bu gün taktikada Murad Musayevə uduzduğunuzu qəbul edirsinizmi?

– Mən deməzdim taktiki cəhətdən uduzdum. Topu özümüzdə saxlamalı idik. Biz daha sürətli oynamalıyıq. Dinamika lazım idi. Biz hərəkət eləmirdik və bu şeylər baş verdi. Meydanın mərkəzində mubarizə gedirdi və biz buna hazır deyildik. Taktikadan söhbət gedə bilməz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43