Kateqoriyasız

“Sabah”dan növbəti transfer

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi İldar Ələkbərovu heyətinə qatıb. 20 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

Qeyd edək ki, “Zenit” Futbol Akademiyasının yetirməsi olan İldar, karyerası ərzində Rusiyanın “Stroqino” (Moskva) və “Nefteximik” (Nijnekamsk) komandalarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43