Ölkə futbolu

“Sabah”dan növbəti transfer

“Sabah” heyətini yeni qapıçı ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Əmirhüseyn Nəcəfi bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 22 yaşlı qapıçı ilə 2020-ci ilin may ayına kimi müqavilə bağlanıb.

Tehran “İstiqlal”ının yetirməsi olan Əmirhüseyn, karyerası ərzində bu klubla yanaşı, “Səbail”in də uğurları üçün çalışıb. Gənc qapıçı bir neçə dəfə U-21 millimizə də dəvət alıb.

Nəcəfi “Sabah”da 96 nömrəli formada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43