Kateqoriyasız

“Sabah”ı “Səbail”ə dəyişdi

“Səbail” növbəti transferini həyata keçirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Elgün Nəbiyevi heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, E.Nəbiyevin son klubu “Sabah” olub. O, ötən ay Premyer Liqa təmsilçisindən ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43