18 Yanvar 2022
Kateqoriyasız Premyer Liqa

“Sabah”ın bitməyən qüsuru

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasda Premyer Liqanın 11-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Qarabağ” – “Keşlə” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Sabah” klubunun oyunçularının geyimlərindəki qüsurlara görə matç gec başlandığı üçün klub 800 manat cərimə olunub. Klubunun baş məşqçisi Murad Musayev “A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə kluba xəbərdarlıq edilib.

Matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov matçın 83-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Emil Balayev yenə ən yaxşılar sırasında

admin

Ebah: “Qol vurmağa çalışacağam”

admin

“Qəbələ” aparıcı üzvünü itirə bilər

admin