Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turunda səfərdə “Neftçi”nin qonağı olacaq “Sabah” bu matça iki itki ilə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, komandanın heyətində Davit Volkov cəzalı, İshak Belfodil isə zədəlidi. Gürcüstanlı hücumçudan fərqli, fransalı forvard “ağ-qaralar”la oyunda iştirak edə bilər. “Bayquşlar”ın həkim personalı təcrübəli futbolçunu bu vacib görüşə kimi hazır vəziyyətə gətirməyə çalışır. Onun bu oyuna hazır olma ehtimalı olduqca yüksəkdi. Lakin 32 yaşlı hücumçunun əsas heyətdə meydana çıxıb-çıxmayacağına “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç qərar verəcək.
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı mayın 25-də, saat 19:00-da başlayacaq.