26 Noyabr 2024
Ölkə futbolu

“Sabah”ın futbolçusu 200-cü oyununu keçirdi

“Sabah”ın futbolçusu Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XIII turuna təsadüf edib.

O, “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.

Premyer Liqada 2015/2016 mövsümündə debüt edən Mütəllimov 200 matçda 16 qola imza atıb. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.

Qeyd edək ki, T.Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43