Ölkə futbolu

“Sabah”ın ilk sınaqçı rəqibi bəlli oldu

Yeni mövsümün hazırlıqlarını Qəbələdə davam etdirən “Sabah” klubu ilk yoxlama görüşünü keçirəcək.

İdmanxeber.az-a verilən məlumata görə, payaxt təmsilçisi sabah II Liqa klubu “Ağdaş”la üz-üzə gələcək. Qəbələdə baş tutacaq matç saat 09:30-da start götürəcək.

Xatırladaq ki, iyunun 24-dən 29-dək Qəbələdə hazırlıqlarını davam etdirəcək “Sabah” daha sonra Sloveniyaya yollanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43