08 Sentyabr 2024
Ölkə futbolu

“Sabah”ın məşqçisi: “Bunun üzərində işləmək lazımdır”

“Sabah” Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”ı 4:3 hesabı ilə məğlub etsə də, turnirdə mübarizəni dayandırıb.

İdmanxeber.az məlumat verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

“Birinci oyunda hesabın böyük olmasına baxmayaraq, futbolçularda bu gün motivasiya başqa cür idi. Bir dəyişiklik oldu. “Qarabağ”ı daha çox orta zonada qarşılayırdıq. Çalışırdıq ki, əks-hücumlarda oynayaq. Bəzi epizodlar alınırdı, bəziləri alınmırdı. Bunun üzərində işləmək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43