16 Sentyabr 2024
Ölkə futbolu

“Sabah”ın planı dəyişdi

Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib.

İdmanxeber.az-ın məlumatına görə, komanda iyulun 18-də, Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək.

“Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.

Komandalar arasındakı ilk görüş iyulun 25-də Macarıstanda olacaq. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43