Kateqoriyasız

“Sabah”ın Qazaxıstan klubu ilə oyununun saatı açıqlandı

Antalyada təlim-məşq toplanışında olan “Sabah”ın növbəti yoxlama oyununun başlama saatı bəlli olub.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisinin Qazaxıstan “Tobol”u ilə görüşü sabah Bakı vaxtı ilə saat 18:00-da, “Titanik” otelinin stadionunda keçiriləcək.

“Sabah” bu oyundan başqa, yanvarın 19-da Macarıstanın “MTK Budapeşt” klubları ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, hələlik sonuncu rəqibin adı məlum deyil.

Xatırladaq ki, “Sabah” Antalyada keçirdiyi ilk yoxlama oyununda Türkiyənin “Eskişehirspor” klubunu 1:0 hesabıyla məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43