Ölkə futbolu

“Sabah”ın rəqibi hücumçusunu göndərdi

İsrailin “Makkabi” klubu hücumçusu ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda Stav Naxmani ilə vidalaşıb. Futbolçu ötən mövsümü icarə əsasında keçirdiyi İsrailin “Aşdod” klubu ilə 2 illik müqavilə imzalayıb.

“Makkabi” Konfrans Liqası II təsnifat mərəhləsində “Sabah”ın rəqibidi. Tərəflər arasındakı oyunlar iyulun 25-də və avqustun 1-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43