“Kəpəz” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu ötən mövsüm icarə əsasında “sarı-göylər”də çıxış edən Şakir Seyidov və Camal Cəfərov üçün “Sabah”la anlaşıb. Tərəflər arasında danışıqlar müsbət nəticələnib.
Klublar razılığa gəlsələr də, futbolçular hələlik “Kəpəz”ə konkret söz deməyiblər. Buna səbəb onların “Sabah”da qalmaq istəməsidi. Camalovla Seyidov özlərini paytaxt təmsilçisində sınamaq niyyətindədi.
Əgər “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç iki futbolçuya da mövsüm ərzində oyun şans verəcəyini təmin etsə, Camalla Şakir komandada qalacaq. Əks təqdir isə futbolçular “bayquşlar”da qalmaq niyyətində deyil.
O zaman yenidən iki oyunçu da “Kəpəz”ə üz tutacaq.