Dünya futbolu

“Sabah”ın sabiq hücumçusu futbolla vidalaşdı

Serbiyalı hücumçu Petar Şkuletiç karyerasını sonlandırıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb. O, 32 yaşında futbolla vidalaşdığını açıqlayıb. Şkuletiç bir dönəm Azərbaycanda da forma geyinib.

O, 2021-ci ildə “Sabah”da çıxış edib.

Təcrübəli futbolçu karyerası ərzində “Sivasspor”, “Partizan” kimi klublarda da oynayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43