Ölkə futbolu Premyer Liqa

“Sabah”ın “sambaçı” transferi düyünə düşdü – Gəncə klubu 100 min manat tələb edir!

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah” transer çalışmalarına start verib.

İdmanxeber.az-a daxil olan məlumata görə, Masazır klubu “Kəpəz”dən Junior Martinsi heyətinə qatmağı planlaşdırır. Braziliyalı futbolçunun Gəncə klubu ilə müqaviləsi qışda başa çatacaq ki, “Kəpəz” tərəfi də bu keçiddən yararlanmaq niyyətindədi.

Tərəflər arasında ilkin danışıqlar olsa da, müsbət yekunlaşmayıb. Belə ki, “Kəpəz” “sambaçı” üçün “Sabah”dan 100 min manat təzminat tələb edir. Paytaxt klubunun isə bu məbləği verib-verməyəcəyi dəqiq deyil.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2022-ci ildən “Kəpəz”in şərəfini qoruyur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43