Kateqoriyasız

“Sabah”ın yeni baş məşqçisi bilindi

“Sabah”ın yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, komandanı bundan sonra ispaniyalı mütəxəssis Visente Qomes çalışdıracaq. 48 yaşlı məşqçi ilə 2 illik müqavilə bağlanıb.

Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43