Ölkə futbolu

“Sabah”ın yeni transferi: “Ən çox bəyəndiyim oyunçu Kriştianou Ronaldodur”

“Burada olmaqdan xoşbəxtəm. Mənimçün yeni çağırışdır. Yeni liqa, yeni oyunçular. Əsas hədəfim bu komanda ilə uğur qazanmaqdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın yeni transferi Pavol Şafranko klubun saytına açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Düzünü desəm, mümkün qədər çox qol vuraraq komandama faydalı olmaq istəyirəm. Yeni komandamda mümkün olduğu qədər yüksək yerlərdə olmaq istəyirəm”.

Şafranko futbola gəlişindən və bəyəndiyi oyunçudan söz açıb: “Peşəkar futbolçu olmağımda qardaşımın böyük rolu var. Məşhurlardan güclü xarakteri və çalışqanlığı ilə ən çox bəyəndiyim oyunçu Kriştianou Ronaldodur”.

Forvard azarkeşlərə də müraciət edib: “Azarkeşlərimizə demək istərdim ki, stadiona gəlsinlər və dəstək olsunlar. Mən və komanda yoldaşlarım yaxşı nəticələr üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, “Sabah” Pavol Şavranko ilə 2 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43