Kateqoriyasız

“Sabah”ın yenidən qaytardığı “qoca” son qərarını verdi

“Sabah”la müqaviləmin müddəti bu mövsümün sonu başa çatacağı üçün karyeramı bitirəcəyəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın futbolçusu Marko Deviç karyerasını başa vurmaqla bağlı danışarkən deyib.

36 yaşlı oyunçu vida matçını Xarkovda keçirmək istədiyini vurğulayıb: “Amma yəqin ki, bu, olmayacaq. Bəlkə də vida görüşü vacib deyil, çünki futbolda çox şey etdim. Azarkeşləri, xüsusilə, Xarkovdak insanları sevindirə bildim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43