Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində növbəti yoxlama oyununu Ukraynanın “Vorskla” klubuna qarşı keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, matç yanvarın 14-də, Bakı vaxtı ilə saat 18-00-da (yerli vaxtla saat 17-00) Hüseyn Aygün Futbol Mərkəzinin stadionunda baş tutacaq.
“Sabah” Antalyadakı ilk yoldaşlıq görüşündə “Rapid”i (Rumıniya) məğlub edib – 2:1.