Kateqoriyasız

“Sabah”la oyun öncəsi “Qarabağ”da ciddi itki

Premyer Liqanın 19-cu turunda səfərdə “Sabah”la qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, hazırda davam edən “Qəbələ” ilə oyunda sarı vərəqə alan Kevin Medina kart limitini doldurub. Buna görə də kolumbiyalı müdafiəçi “Sabah”la matçda iştirak etməyəcək.

Qeyd edək ki, “Sabah” – “Qarabağ” matçı martın 12-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43