Kateqoriyasız

“Sabah”la oyunöncəsi “Səbail”də 4 itki

“Səbail” Premyer Liqanın 12-ci turunda evdə “Sabah”la qarşılaşacağı oyuna 4 itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Komanda üzvlərindən Maykl Esyen, İqor Korotetski və Mirabdulla Abbasov zədə səbəbindən, Ağabala Ramazanov isə sarı kart limitinə görə “Sabah”la oyunu buraxacaq.

Qeyd edək ki, noyabr 23-də keçiriləcək “Səbail” – “Sabah” oyunu saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43