Argentina millisinin və “Barselona” klubunun sabiq futbolçusu Xuan Roman Rikelme karyerasını başa vurub.
İdmanxeber.com-un məlumatın görə, futbolçu özü bu barədə məlumat verib. Rikelme İspaniyanın “Vilyareal” (2003-2007) və “Barselona”, Argentinanın “Boka Xuniors” (2008-2014) klublarının formasını geyib, futbolçunun son klubu isə “Argentinos Juniors” olub.