16 Sentyabr 2024
Dünya futbolu

Sabiq “Barselona”lı Liverpul klubuna keçə bilər

Danimarka yığmasının hücumçusu Martin Breytvet karyerasını “Everton”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Liverpul klubu forvardı Dominik Kalvert-Lyuinin yerinə 33 yaşlı futbolçunun namizədliyini gözdən keçirir. 

Breytvet 2022-ci ildən formasını geyindiyi “Espanyol”la müqaviləsi bu yay başa çatır. Ötən mövsüm futbolçu bütün turnirlərdə 45 oyun keçirib, 22 qol vurub, 3 məhsuldar ötürmə edib.

Danimarkalı daha əvvəl “Barselona”, “Leqanes”, “Bordo”, “Midlsbro”, “Tuluza” və “Esbyerq” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43