“Neftçi” klubunda yeni marketinq rəhbəri müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”da bu post Cem Gültəkinə həvalə olunub.
Paytaxt klubunun baş icraçı direktoru Cenk Sümerlə birlikdə “Bşiktaş”da işləmiş Cem Gültəkinin təyinatı yaxın günlərdə futbol ictimaiyyətinə rəsmən elan olunacaq.
Türkiyəli artıq bu barədə öz sosial şəbəkə hesabinda paylaşım edib.