“Səbail” heyətinə yeni qapıçı cəlb edib.
İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi ukraynalı qolkiper Alaksandr Rıbkanı transfer edib. Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.
Qeyd edək ki, Kiyev “Dinamo”sunun sabiq qapıçısı bir müddət Ukrayna millisinə də dəvət alıb. 32 yaşlı əlcək sahibi son olaraq Türkiyənin birinci liqa təmsilçisi “Afyonspor” klubunda çıxış edib.