20 Fevral 2025
Dünya futbolu

Sabiq “İnter”li İtaliya klubuna baş məşqçi oldu

“İnter”in və Rumıniya millisinin sabiq müdafiəçisi Kristian Çivu “Parma”nın baş məşqçisi olub.

İdmanxeber.az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis fevralın 18-də istefaya göndərilən Fabio Peçkianı  əvəzləyib. O, 2022-ci ildən “Parma”da çalışır.

Çivu 2018-ci ildən “İnter”in gənclərdən ibarət komandasını çalışdırır. Futbolçu karyerası ərzində Çempionlar Liqasının qalibi olduğu Milan klubunda çıxış edib.

25 turdan sonra “Parma” İtaliya A Seriyasının turnir cədvəlində 20 xalla 18-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43