PSJ-nin keçmiş müdafiəçisi Layvin Kurzava karyerasını Portuqaliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Boavişta” klubuna keçib. Tərəflər 6 ay müddətinə müqavilə imzalayıblar. 32 yaşlı futbolçu daha əvvəl 6 ay idi klubsuz qalmışdı.
“Boavişta” Portuqaliya çempionatlnda 12 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.