16 Sentyabr 2024
Dünya futbolu

Sabiq “Qalatasaray”lı “Fənərbağça”ya keçir

“Qalatasaray”ın sabiq futbolçusu Mario Lemina “Fənərbağça”nın maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, “Vulverhempton”un yarımmüdafiəçisi İstanbul klubuna keçməyə yaxındır. Tərəflər arasında danışıqlar davam edir.

İstanbul nəhəngi İngiltərə klubu ilə 1 illik müqaviləsi olan 31 yaşlı orta xətt oyunçusunu transfer etmək istəyir.

Qeyd edək ki, Mario Lemina 2019/2020 mövsümündə icarə əsasında “Qalatasaray”da çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43