“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Rusiya klubundan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, ötən ildən “Sokol”u çalışdıran mütəxəssis klubla vidalaşıb. Hazırda komanda Rusiyanın 1-ci liqasında 19 xalla 16-cıdır.
Qeyd edək ki, belaruslu mütəxəssis 2021/2022 mövsümündə “Sumqayıt”ın baş məşqçisi olub.