Dünya futbolu

Sabiq “Xəzər Lənkəran”lı: “Azərbaycanda yaxşı pul var”

Bir vaxtlar “Xəzər Lənkəran”ın formasını geyinən Adrian Pit ölkəsinin mətbuatına müsahibə verib.

Rumınıyalı futbolçu Azərbaycadakı karyerası ilə bağlı da danışıb. O, son dövrlərdə  Azərbaycanda görülən işlərin irəliyə doğru inkişaf olduğunu bildirib:

“Son 7 ildə 7 stadion tikiblər. “Formula-1” üzrə Qran Piri Bakıda keçirilir. Azərbaycan inkişaf edən ölkədir, yaxşı pulları var. “Qarabağ”ın Avropa Liqası və Çempionlar Liqasının qruplarına yüksəməsini buna misal göstərmək olar. Onlar 10 ildir ki, Qurban Qurbanovun rəhbərliyi altında uğurlar qazanırlar. Azərbaycan reallıqlarından təsriləndim”.

Adrian Pit 2011-2014-cü illərdə “Xəzər Lənkəran”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43