O, hər iki komandanın turu keçmək şansı olduğunu bildirib.
Vaxtilə Moldova yığması ilə yanaşı Xəzər Lənkəranda da oynamış Denis Kalinkov İdmanxeber.az saytına danışıb:
Şerifin, yoxsa Qarabağın növbəti mərhələyə adlayacağı barədə dəqiq söz demək çətindi. Qarabağa böyük sərmayələr yatırıldığı, Qurban Qurbanovun komandaya çox şey verməsi isə aydındı. Komanda samballı futbol oynayır. Qarabağın heyətində yaxşı oyunçular var. Bunu komandanın avrokuboklardakı çıxışlarından da görə bilərik. Şerifdə baş məşqçi dəyişikliyi isə komandanın ümumi oyun şəklini dəyişdirməməlidi. Bu komanda bugünki gündə Moldova futbolunun flaqmanıdı. Temperamentli klub rəhbərliyi və yaxşı futbolçularla Şerif yaxşı nəticələr əldə edir. Hər iki komandanın yaxşı oyun göstərməsini , azarkeşlər üçün baxımlı matçın alınmasını arzulayıram. Iki komandadan daha güclüsünün mərhələ keçməsino istəyərdim. Xəzər Lənkəran da hazırda yaşamalı idi. Azərbaycan və Moldova liqaları oxşardı. Əgər bugünki gündə sponsor varsa, komanda da var. Sabah sponsor pul verməsə, komanda dağılacaq. Marketinq dirəklərdən biridi.
Telekanallardan, reklamlardan, bilet və oyunçu satışlarından gələn pullar komandaya kömək olmalıdı. Oyun Azərbaycanda canlı yayımlanmayacaq? Şerif və Qarabağ arasında razılıq əldə etməlidi. Əgər azsrkeşlər oyuna baxmayacaqsa, bu da azarkeşlət üçün yaxşı deyil. Millilərin görüşlərində on qat çox pul ödənilir. Təxminən 1,5 milyon civarında. Ona görə də klubların oyuni üçün həmin məbləğ normalfı. Ancaq bunu Qarabağ ödəməməlifi. Telekanallardan biri bunu öz üzərinə götürməlidi”.