Kateqoriyasız

Sabiq “Xəzər Lənkəran”lıdan istefa qərarı

“Kasımpaşa” baş məşqçisi Mustafa Dənizli ilə yollarını ayırıb. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

70 yaşlı mütəxəssis öz istəyi ilə postundan ayrılıb. O, komandanın cari mövsümdə uğur qazana bilməməsini əsas gətirərək, istefa verib.

Mustafa Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43