Hazırda Moldovanın "Şerif"klubunun şərəfini qoruyan keçmiş "Xəzər Lənkəran"lı Andrey Mureşan dünən keçirilən Çempionlar Liqasının ikinci təsnifat mərhələsi oyununda komandasının heyətində hesabı açan futbolçu olub.
İdmanxeber.com-un məlumatına görə, Mureşanın fərqləndiyi ÇL-nın ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Şerif"-"Sutyeska" oyunu moldovalıların 2:0 hesablı qələbələri ilə sona çatıb