Dünya futbolu

Sabiq “Xəzər Lənkəran”lı işsiz qaldı

Türkiyənin I Liqasında çıxış edən “Əskişəhərspor” klubu baş məşqçisi Mustafa Dənizli ilə yolları ayırıb.

İdmanxeber.com-un məlumatına görə, 67 yaşlı mütəxəssis  Super Liqaya vəsiqə uğrunda “Göztəpə”yə uduzduqları oyundan sonra Əskişəhərə qayıtmayıb. Klub isə 31 may tarixində müqaviləsi başa çatan Dənizli ilə əməkdaşlığa son qoyub.

Qeyd edək ki, 2013-14 mövsümündə “Xəzər Lənkəran”ın baş məşqçisi olmuş türkiyəli mütəxəssis bu ilin fevral ayından “Əskişəhərspor”u çalışdırırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43