“Antalyaspor” klubu daha bir futbolçunu heyətinə qatıb.
Superliqaya yüksələn komanda vaxtilə Azərbaycan çempionatında çıxış etmiş hücumçu ilə güclənib.
Söhbət 2013-14 mövsümünü “Xəzər Lənkəran”da keçirmiş kamerunlu futbolçu Etame Mbilladan gedir. 27 yaşlı forvard “Samsunspor”dan ayrılaraq, Antalya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.