İdman

“Sabunçu Gənclər Evi”ndə beynəlxalq şahmat turniri keçirildi

Bakı, 15-16 oktyabr 2016-cı il Azərbaycan Respublikasının Milli Müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində Suraxanı Gənclər və İdman İdarəsi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı və “NICOS” kosmetika brendinin dəstəyi ilə “Sabunçu Gənclər Evi”ndə şahmatın blits və rapid növləri üzrə beynəlxalq reytinq turniri keçirildi. 

İdmanxeber.com-un məlumatına görə, Azərbaycanda şahmatın təbliği və inkişafı, uşaq, yeniyetmə və gənclərin şahmat ilə müntəzəm məşğul olmağa cəlb edilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və şahmatçıların beynəlxalq reytinq əmsallarının artırılması məqsədilə təşkil olunan turnirdə həm 8,10, 12 yaş kateqoriyalarında balaca şahmatçı oğlan və qızlar, həm də yuxarı yaş kateqoriyalarında kişi və qadın şahmatçılar, habelə veteran şahmatçılar mübarizə aparıblar. Rapid turnir 10 dəqiqə +5 saniyə/hər gedişə (Bronşteyn saatı), Blits turnir isə 3 dəqiqə +2 saniyə/hər gedişə (Fişer saatı) vaxt kontrolu ilə keçirilib. FİDE-nin qaydaları əsasında, isveçrə sistemi ilə 9 turdan ibarət turnirin yekununda kişilər və qadınlar üzrə müxtəlif yaş kateqoriyalarında 1,2 və 3-cü yerləri tutan iştirakçılar təşkilatçıların təsis etdiyi müvafiq dərəcəli diplom və medallar, habelə turnirin rəsmi tərəfdaşı olan “NICOS” kosmetika brendinin təqdim etdiyi hədiyyələrlə mükafatlandırılıblar.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43