“Liverpul”un keçmiş hücumçusu Sadio Mane İtaliyada oynaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı “Əl-Nəsr” klubunda çıxış edən seneqallı “İnter” klubunun maraq dairəsindədi. Milan təmsilçisi 32 yaşlı forvarda təklif göndərməyi düşünür.
Mane 2023-cü ilin yayından “Əl-Nəsr”də çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyunun sonunda başa çatacaq.