Azərbaycan Cüdo Federasiyasında yeni təyinat gerçəkləşib.
İdmanxeber.com-un məlumatına görə, sonuncu iş yeri “Qəbələ” olan həkim Rəhim Məhərrəmov bundan sonra cüdoçuların sağlamlığı üçün çalışacaq.
R.Məhərrəmov federasiyanın tibb-bərpa mərkəzinin baş həkimi kimi fəaliyyətini davam etdirəcək. O, hazırda milli komanda ilə birgə Avstraliyadadır.
R.Məhərrəmov əvvəllər Maradona ilə birgə Dubayın “Əl-Vasl” klubunda, Bakıda isə “Neftçi”də çalışıb.
Qeyd edək ki, cüdoçular Avstraliyada keçirilən Okeaniya açıq çempionatında iştirak edir.