07 Yanvar 2025
Kateqoriyasız

Sadıq Sadıqov: “Tahir getdi, Böyükağa ilə mən qalmışam”

Avroliqanın II təsnifat mərhələsində Bakıda keçirilən oyunda “Koper”ə məğlub olan “Neftçi”nin düşərgəsində vəziyyət gərgindir.

İdmanxeber.com-un məlumatına görə, Bakıdakı məğlubiyyətdən sonra komandanın vitse-prezidenti Tahir Süleymanov istefaya getdi. “Neftçi”dəki istefalar bununla yekunlaşmaya bilər. Komanda bu gün Sloveniyada keçiriləcək cavab qarşılaşmasında qalib gəlib, mərhələ adlamayacağı təqdirdə, yeni istefalar olacaq.

Öncə baş məşqçi Böyükağa Hacıyev istefaya gedəcək. “Neftçi”nin prezidenti Sadıq Sadıqov “Futbol+” qəzetinə verdiyi müsahibədə bunu təsdiqləyib:

“Getməli olan əsas şəxs işini bilir. Mərhələ keçilməsə, baş məşqçi elə Sloveniyada istefa verəcək, mən də qəbul edəcəm. Bakıya dönməyi də gözləməyəcəm. Komandaya 3 cavabdeh şəxs var – mən, Tahir və Böyükağa. Tahir getdi, Böyükağa ilə mən qalmışam. Görək nə olur”.

Sadıq Sadıqov bu gün keçiriləcək oyuna toxunarkən bildirib ki, yuxuda qələbə qazandıqlarını görüb:

“Yuxuda görmüşəm ki, qələbə ilə qayıdırıq. İnşallah belə də olar. Proqnozumuza gəlincə, 2:0 hesabı ilə qalib gələcəyimizi düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43