Təxminən bir həftə ərzində AZAL-da baxışdan keçən iki futbolçunun taleyinə aydınlıq gəlib.
İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı Hardi Pinto və hollandiyalı Boy Deul dünən vətəninə qayıdıblar. Məşqçilər korpusunun qərarına əsasən onların geri göndərilməsi qərara alınıb.