«Şahdağ»ın baş məşqçisi istefa verdi.
İdmanxeber.com-un məlumatına görə, “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev öz razılığı ilə istefaya verib. Klub rəhbərliyi gördüyü işə görə mütəxəssisə dərin minnətdarlığını bildirib.
Məlumata əsasən, K.Əlibabayev klubda digər vəzifəyə təyin olunacaq.