Qış fasiləsinə az müddət qalmış bir çox futbolçular öz xidmətlərini klublarımıza təklif etməkdədirlər.
Premyer Liqanın autsaderlərindən olan “Rəvan”ın düşərgəsinə 2 legioner futbolçu təşrif buyurub.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, hər iki futbolçu “Rəvan”ın əvəzedici komandasının məşqində iştirak ediblər.
Bu məşqi “sarı-qırmızılılar”ın baş məşqçisi Şahin Diniyev də izləyib. Lakin hər iki futbolçu Diniyevin “hə”sini eşitməyib və bəyənilməyərək geri göndəriliblər.