Ölkə futbolu

Şahin Diniyev AZAL-ı çətin vəziyyətdə qoydu

AZAL-ın əvəzedici komandasının baş məşqçisi Nazim Əliyev iş yerini dəyişib.

Çalışdırıcı “Rəvan”a baş məşqçi təyin olunan Şahin Diniyevin köməkçisi vəzifəsində çalışacaq.

Beləliklə, “təyyarəçilər”in əvəzedici komandası başsız qalıb. Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43