Ölkə futbolu

Şahin Diniyev: “Gərgin görüş gözlənilir”

“Son iki mövsümdə “İnter”lə aramızda gərgin mübarizə gedir, çox heç-heçələr və minimal hesabla uduzduğumuz oyunlar olub”.

İdmanxeber.com-un məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının XV turunda Bakıda “İnter”lə keçiriləcək oyun öncəsi klubun saytına deyib.

O, hər iki komandanı çətin oyunun gözlədiyini bildirib:

“İlk dövrədə Bakıda oynadığımız matçda qələbəyə biz yaxın idik. Rəqib son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas oldu. Yenə tərəfləri meydanda çətin oyun gözləyir. Xal qazanmaq hər iki komandaya lazımdır. Əgər “İnter” qələbə ilə yerini möhkəmləndirməyə çalışacaqsa, biz liderlərə yaxınlaşmaq üçün 3 xala oynayacağıq. Turnir cədvəli baxımından gərgin görüş gözlənilir. Əvvəlki matçlardan geri qalmayacaq oyun olacaq. Azarkeşlər də bu mübarizənin şahidi olacaqlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43