27 Noyabr 2024
Ölkə futbolu

Şahin Diniyev: “Hər itki bizim üçün faciəyə bərabərdir”

“Oyun haqda danışmaq çox çətindir. Bir komanda oynadı, bir komanda qələbə qazandı. Qol vəziyyətlərindən, penaltidən yararlana bilmədik. Bu, artıq sözün bitdiyi yerdir. Komandanın göstərdiyi futbol haqda bir söz deyə bilmərəm. Futbol ədalətli oyundur. Düşünürəm ki, öz qiymətini verəcək. Bəlkə də kimlərlə autsayder olduğumuzu düşünür. Amma burdan çıxmaq üçün həm futbolçuların potensialı, həm də komandanın gücü var. Bir oyun bəs edəcək ki, bu vəziyyətdən çıxaq. Bu gün də məğlub olmağa layiq deyildik. Ən pis halda oyunun ədalətli nəticəsi heç-heçə deyildi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Sumqayıt” məğlubiyyəti (0:1) barədə danışarkən deyib. O, daha sonra qarşıdakı “Kəpəz” oyunu barədə danışıb:

“Əslində bu oyun da bizim üçün dönüş nöqtəsi idi. Bugünkü imtahandan üzüağ çıxa bilmədik. Amma futbolçuların üstünə gedə bilmirəm. Daha bir ağır həftə keçirməliyik. “Kəpəz” 1-ci dövrə ilə müqayisədə həm heyət, həm də oyun baxımından güclənib. Güclənməyən yeganə komanda bizik. Kiçik heyətə malikik. Hər itki bizim üçün faciəyə bərabərdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43