“Oyun maraqlı keçdi. Qələbə qazanmasaydıq belə, mən bu sözləri deyəcəkdim. Oyundan öncə bildirmişdim ki, qarşılıqlı hücumlar baş tutacaq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev “Qəbələ” üzərindəki qələbəni şərh edərkən deyib.
Təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:
“Oyuna görə komandamla fəxr edirəm. Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdu. Sıx qrafikdə komandam qəhrəmancasına mübarizə apardı. Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq”.