Ölkə futbolu

Şahin Diniyev: “Neftçi” layiqli qələbə qazandı”

“Rəvan”ın baş məşqçisi Şahin Diniyev Premyer Liqanın X turunda keçirilmiş “Neftçi” ilə oyun haqda danışıb

O, bunları dilə gətirib:

“Biz hələ fiziki hazırlıq üzərində çalışmamışıq. Yalnız taktikanın sayəsində ilk 45 dəqiqə ərzində nəsə nümayiş etdirə bildik. “Neftçi” layiqli qələbə qazandı. Biz öz hədəfimizə doğru tədricən irəliləyəcəyik. Əgər bu gün 45 dəqiqə normal oyun göstərdiksə, gələn oyunda bir qədər də artığına nail olmalıyıq. Mən hələ öz oyun fəlsəfəmi komandaya aşılaya bilməmişəm. Bunun üçün ən azı üç ay vaxt lazımdı”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43