“Rəvan”ın yeni baş məşqçisi Şahin Diniyevin bu gün təqdimetmə mərasimi baş tutub.
Çalışdırıcı daha sonra görəcəyi işlərdən danışıb:
“Komandanı qarşıdakı görüşlərə yüksək səviyyədə hazırlamaq lazımdır . Mənim karyeramdakı ən çətin işim “Terek”in gənclərdən ibarət komandasında olub. Amma orda beş aya istəyimə nail ola bildim.“Rəvan”da mənə vaxt lazımdı. 2.5 il bəlkə də Azərbaycan futbolundakı ən uzun müddətli müqavilədi. Komanda bir ailə olmalıdı. Prezidentdən tutmuş ən adi işçiyə qədər hamı əl-ələ verib çalışmalıdı. Onda nəticə də olacaq”.