29 Sentyabr 2024
Ölkə futbolu

Şahin Diniyev: “Tam düzgün yoldayıq”

“Rəqibi təbrik edirəm. “Turan Tovuz” nəticəyə oynamağı bacaran komandadır. Birinci hissədə rəqib, ikinci hissədə isə biz yaxşı oynadıq. Futbolçularımla fəxr edirəm. Əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Maraqlı oyun alındı, son dəqiqəyə kimi mübarizə getdi. Bu gün 1 xala layiq idik. Amma artıq gecdir. Oyundan-oyuna daha yaxşı olacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Turan Tovuz” məğlubiyyəti (0:1) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi. Heyətimizin əksəriyyəti gənc oyunçulardır. Bu da onlara tədir edir. Aciz deyilik. Bu gün hansı nəticə olsaydı da, komandadan narazı qalmayacaqdım. Bərabər oyun getdi.

Mən heç vaxt havaya söz buraxmıram. Tam əminliklə deyirəm ki, əlimdə olan ən yaxşı komandalardan biridir. Bəzi futbolçular bizimlə təlim-məşq toplanışı keçməyib. Tam düzgün yoldayıq. İkinci hissədə özünüz də gördünüz ki, komanda necə oynadı. Heç bir komponentdə rəqibə uduzmadıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43